Mingəçevirdə Dövlət Qulluqçularının peşə bayramı qeyd edilib


Mingəçevir şəhər İcra Hakimiyyəində Mingəçevirdə Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilib. Yeniavaz.com xəbər verir ki, dövlət qulluqçuları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib abidə önünə çiçəklər düzüblər. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək   dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, respublikamızda aparılan dövlət qulluğu siyasətinin əsasını ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçularının hazırlanması təşkil edir. İcra başçısı  dövlət idarəçiliyi sistemində islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyib, dövlət qulluğunda çalışanların bundan sonra da öhdələrinə düşən vəzifələri səylə, ləyaqətlə yerinə yetirəcəklərini əminliklə vurğulayıb.
Tədbirdə çıxış edən dövlət qulluqçuları ölkə prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qulluğunda çalışanlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər.Veteran Dövlət Qulluqçularından Bayram Mustafa və Telman Həsənov  öz ürək sözləri ilə çıxış edərək  təbriklərini çatdırıblar.

DİGƏR XƏBƏRLƏR

Top