
ABŞ-ın Havay ştatında təyyarə qəzası baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Havay News” xəbər portalı məlumat yayıb.
Məlumata görə, hadisə “Dillingham Airfield” hava limanı yaxınlığında baş verib. Kin Air təyyarəsinin yerə düşməsi nəticəsində 9 nəfər həlak olub.
Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma davam etdirilir.