Azərbaycanda gəlin qayınatasını qətlə yetirib


Binəqədi rayonunda qətl hadisəsi baş verib. Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 1958-ci il təvəllüdlü Səmədov Əfsələddin Əli oğlu kürək nahiyəsindən iki bıçaq xəsarətləri alaraq 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o dünyasını dəyişib.  Onun yaxınlarının verdiyi məlumata görə, guya Ə.Səmədov intihara cəhd göstərərək özü özünü bıçaqlayıb. Binəqədi Rayon Prokurorluğunun apardığı istintaq araşdırmaları zamanı müəyyən olunub ki, Ə.Səmədov sərxoş vəziyyətdə  gəlini  ilə mübahisə edib. Daha sonra qadın onun kürəyinə iki bıçaq zərbəsi vurub. Faktla bağlı Cinayət İşi başlanılıb.(APA)

DİGƏR XƏBƏRLƏR

Top