Azərbaycanda yay fəsli başladı


Azərbaycanda yay fəsli başlayıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, ölkəmizə yay fəsli bu gün saat 19:54-də daxil olub.

Yay fəslinin daxil olması ilə yaz yekunlaşıb. Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu.

Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

DİGƏR XƏBƏRLƏR

Top