Türkiyə işçilərin ən çox həbs olunduğu 4 ölkədən biridir - HESABAT


Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası (ITUC) "Qlobal Hüquqlar İndeksi" (Global Rights Index -2019) adlı hesabatını açıqlayıb.
Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycanın yer almadığı hesabatda qonşu Türkiyə işçilər üçün dünyanın ən pis 10 ölkəsi arasında yer alıb. 2019-ci ildə işçilər üçün ən pis 10 ölkənin siyahısında Əlcəzair, Banqladeş, Braziliya, Kamboca, Qvatemala, Qazaxıstan, Filippin, Səudiyyə Ərəbistanı, Türkiyə və Zimbabve yer alıb.
Hesabatda qeyd olunur ki, Türkiyədə 16 iyul 2016-ci tarixidə baş verən hadisələrdən sonra ölkədə xüsusi rejim tətbiq olunub və nəticədə hökumət tərəfindən bir-sıra azadlıqlara məhdudiyyətlər gətirilib.  
Açqılanan hesabatda göstərilir ki, Türkiyə işçilərin ən çox həbs olunduğu 4 ölkədən biridir. İşçilərin ən çox həbs olunduğu digər ölkələr - Çin, Hindistan və Vyetnam hesab olunur.
Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası bəyan edir ki, İstanbulda inşa olunan yeni hava limanında çalışan 10 mindən çox işçi 14 sentyabr 2018-ci ildə ağır iş şərailərinə etiraz edərkən polis tərəfindən zorakılığa məruz qalıblar. Hadisələr zamanı 400 etirazçı saxlanılıb. Daha sonra 31 nəfər haqqında məhkəmə həbs qərarı çıxarıb. Həbs olunanlar arasında Dev Yapı-İş" adlı  Həmkarlar İttifaqının rəhbəri Özgür Karabulut da yer alıb.
Azərbaycanla eyni regionda yerləşən Belarus, İran, Qazaxıstan və Ukrayna Türkiyə ilə eyni qrupda yer alaraq işçi hüquqlarının qorunmadığı ölkələr hesab olunublar.
İşçi hüquqlarının ən yaxşı qorunduğu ölkələr arasında isə Almaniya, Finlandiya, İtaliya, Norveç, İsveç, Uruqvay, Hollandiya, İralnadiya, İslandiya, Avstriya, Danimarka və Slovakiya yer alır.

DİGƏR XƏBƏRLƏR

Top