Gündə 10 saatdan çox işləyənləri ciddi təhlükə gözləyir


Fransada aparılan yeni araşdırmanın nəticələri açıqlanıb.

Yeniavaz.com xarici KİV-ə istinadən bildirir ki, 143 min insan üzərində aparılan təcrübələrə əsasən hər gün 10 saat işləyən kəslərin iflic olma riskinin daha çox olduğu məlum olub.

Qeyd edək ki, təcrübədə 1224 iflic olmuş kimsələrdən nümunələr götürülüb. Araşdırmaya əsasən, hər gün 10 saat çalışanların az işləyən kəslərə nisbətdə iflic olma riski 29 faiz daha çoxdur.

Alimlər bu cür rejimlə 10 ildən çox işləyən insanların isə iflic riskinin 45 faiz artdığını söyləyiblər.

Araşdırmaçılar bu qorxulu xəstəliyə tutulmamaq üçün müəyyən məsləhətlər də veriblər.

Onların sözlərinə görə, daha çox gündüzlər işləmək, idmanla məşğul olmaq, qida məsələlərinə diqqət etmək, siqareti buraxmaq, stresi atmaq üçün müəyyən sosial fəaliyyətlərdə iştirak etmək, iflic və bənzəri xəstəliklərə tutulmaq riskini azaldır.

DİGƏR XƏBƏRLƏR

Top