Gürcü nazir istefaya razılaşıb - etirazçılar parlamentə girməyə çalışır - VİDEO

Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya tələb olunarsa, istefa verməyə hazır olduğunu bildirib.

O bunu etiraz aksiyasının keçirildiyi parlament binası qarşısında jurnalistlərə deyib.

"Mən belə bir zərurət yaranarsa, problemsiz istefaya gedərəm", - deyə o bildirib.

Gürcüstanda etirazlar cümə axşamı başlayıb. Ölkənin parlament binası qarşısına toplaşan mitinqçilər Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasının sessiyasında iştirakına etiraz edirlər. Hazırda onlara müxalifət nümayəndələri də qoşulub və hökumətin istefası tələb olunur.

Aksiya zamanı artıq iştirakçılar və polis arasında qarşıdurma yaranıb. Polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını almağa çalışır. Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir.

Gürcüstanın baş naziri Mamuka Baxtadze parlament binasına gəlib.

Hökumət başçısı ilə yanaşı daxili işlər naziri Giorgi Qaxaria və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze də qanunverici orqandadırlar.

M.Baxtadzenin yaranmış vəziyyətlə bağlı bəyanat verib-verməyəcəyi hələ məlum deyil.

Parlamentin qarşısında davam edən etiraz aksiyasında vəziyyət gərgin olaraq qalır.

 

 

Report

DİGƏR XƏBƏRLƏR

Top