Hadi Rəcəbli: “Heç bir dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”


Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli prezidentin imzaladığı ikinci sosial paketin əhəməyiyyətindən danışıb.
 O, komitə iclasında bildirib ki, sonuncu islahat paketindən 2 milyon 200 min insan faydalanacaq: “Cənab prezident bu ili sosial müdafiə sistemində islahat ili elan edib. Bu ilin əvvəlində həyata keçirilən sosial paketdən 3 milyon insan faydalanıb. İndi isə bu rəqəm 2 milyondur. Deməli, ümumilikdə ilin əvvəlindən bu günə kimi 5 milyon insan bu sərəncamlardan yararlanıb. Bu il həm də ona görə sevindiricidir ki, Dövlət Sosial Müdafiə Fondunun 5 ay müddətində yığımları 350 milyon manat artıb. Təbii ki, bu yığımlar da əhalinin sosial rifahına xərclənir”. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top