Ərdoğan: "Məhkəmə İmamoğlunun qarşısını ala bilər"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qonaq olduğu bir radio verilişində İstanbulda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı maraqlı açıqlama verib.
Yeniavaz.com "euronews"ə istinadla xəbər verir ki, Ərdoğan "Millət İttifaqı"nın namizədi Əkrəm İmamoğlunun Ordu şəhərinin valisini təhqir etməsinə münasibət bildirib: "Ordu valisi prosesi məhkəməyə aparsa, ki aparacaq, həmçinin polislərimiz də. Düzdür, məsələ ilə bağlı məhkəmənin verəcəyi qərar haqqında bir şey bilməsəm də, ordan çıxacaq qərar İmamoğlunun qarşısını ala bilər".
Ə. İmamoğlu isə Ərdoğanın bu sözlərinə sosial media hesablarından belə cavab verib: "Millətin verdiyi qərarın önündə dura biləcək heç kim yoxdur. Bizim inancımız budur: Üstünlük şərtsiz millətindir".
Qeyd edək ki, Ramazan Bayramı ərəfəsində Ə. İmamoğlunun İstanbula qayıdarkən Ordu Hava Limanında VİP bölməyə girişinə icazə verilmədiyi üçün Ordu valisini təhqir etdiyi iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top