Ceyms Bond bu avtomobili sürəcək


Daniyel Kreq sonuncu Ceyms Bond filmində elektrik avtomobili sürəcək.

Film sevərlər tərəfindən maraqla gözlənilən Ceyms Bondun yeni avtomobili açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə avtomobil firması "Aston Martin" həm benzin, həm də elektriklə işləyən yeni avtomobili "Valhalla"nı təqdim edib. Saatda 320 kilometr sürətlə hərəkət edən maşının qiyməti 1,5 milyon sterlinqdir (təxminən 3 milyon manat). Sadəcə 500 ədəd istehsal ediləcək "Valhalla" dan Ceyms Bondun sonuncu filmində Daniyel Kreqin istifadə edəcəyi də açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top