9 gündür itkin düşən 21 yaşlı qız tapılıb - FOTO

Şabran rayon Xırdaoymaq kənd sakini, itkin düşmüş 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı tapılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, N.Dadaşova Bakı şəhərində olub. Qızın atası Ədalət Dadaşovun APA-ya verdiyi məlumata görə, qızı evə qayıtmaq istəmir. O, qızına qarşı ailəsinin fiziki təzyiq göstərildiyinə dair iddiallarla razılaşmadığını deyib.

Qeyd edək ki, 21 yaşlı N.Dadaşova iyun ayının 8-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

DİGƏR XƏBƏRLƏR

Top