Rusiyada avtobus yük maşını ilə toqquşub


Rusiyanın Krasnodar ərazisində avtobus yük maşını ilə toqquşub.
 
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəza Severskiy rayonunun A-146 yolunda baş verib. 30 nəfər sərnişini olan "Bogdan" avtobusu Krasnodar şəhərinə gedərkən, “Volvo” yük maşını ilə toqquşub. Nəticədə 17 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlar arasında azyaşlı olduğu da bildirilib.
Faktla bağlı araşdırma davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top