Norveç polisi vətəndaşı vurdu - VİDEO


Norveçdə bir adam tramvayda sərnişin və maşinisti bıçaqla hədələyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə yerinə gələn Norveç polisi vətəndaşı ayağından vurmağa məcbur olub. Belə ki, cinayətkar əlindəki çantada əl qumbarasının olduğunu bildirib və polisi belə bir addım atmağa məcbur edib.
Əlindəki bıçaqla ətrafındakılara hücum edən 50 yaşlı cinayətkar polisin heç bir xəbərdarlığına məhəl qoymadığı üçün polis onu ayağından bir dəfə vurub. Qumbaranı zərərsizləşdirmək üçün hadisə yerinə xüsusi dəstə cəlb olunsa da çantada heç nə tapılmayıb.
Cinayətkar dərhal xəstəxanaya aparılıb və həyati təhlükəsinin olmadığı bildirilib.
Həmin anlar isə həvəskarlar tərəfindən lentə alınıb.

 

DİGƏR XƏBƏRLƏR

Top