Mingəçevirdə neyrocərrahiyə əməliyyatı həyata keçiriləcək


İcbari Tibbi Sığortanın təbiq olunduğu pilot tibb müəssisələrində - Mingəçevirdə tibb işçilərinin peşə bayramı qeyd edilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxananın (MŞMX) publik hüquqi şəxsin direktoru Könül Ələkbərov çıxış edərək həmkarlarını bayram münasibəti ilə təbrik edib, icbari tibbi sığorta sisteminin tətbiq nəticəsində tibbi təchizatın yaxşılaşdığını və beləliklə də əhaliyə göstərilən tibbi xidmətlərin effektivliyini vurğulayıb. Həyata keçirilən uğurlu əməliyyatlardan söz açan direktor onu da qeyd edib ki, artıq Mingəçevirdə neyrocərrahiyə əməliyyatı da həyata keçiriləcək. 2016-cı ildən pilot layihə olaraq gerçəkləşdirilən  icbari tibbi sığrtanın əldə olunan müsbət nəticələri Mingəçevirdə prezidentin istək, tələb və gözləntilərini doğruldub. İlk ilində təxminən 188 min vətəndaş müraciətini qarşılayan sığorta son bir il ərzində 433 min tibbi müraciəti vətəndaş rahatlığının təmin edilməsi şərçivəsində icra edib. O cümlədən ilk dəfə olaraq bölgələrdə ən müasir tibb avadanlıqlar və peşəkar mütəxəssislərin iştirakı ilə endoskopik, uroloji əməliyyatlar həyata keçirilib, endoponoq əməliyyatlara start verilib. Tezliklə  endoponoq cərrahi əməliyyatların keçirilməsinə başlanılacaq.
Könül Ələkbərov Yevlax, Ağdaş rayonları üzrə genişləndirilən layihənin bölgədə səhiyyənin əlçatanlığı istiqamətində ciddi irəliləyişlə yadda qaldığını bildirib. 700-ə yaxın vətəndaş, o cümlədən 17 anadangəlmə ürək qüsurlu uşaq üzərində aparılmış uğurlu açıq ürək əməliyyatlarının bölgə sakinlərinin səhiyyənin potensialına və tibbi sığortanın önəminə olan etimadını bir qədər də möhkəmləndirib. Ürək əməliyyatlarına cəlb edilmiş pasentlərin 300 nəfəri də məhz Mingəçevir sakinləridir.
Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov həkimləri təbrik edib. Onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı MŞMX-nin iki həkimini fəxri fərmanla təltif edib. Mingəçevir Həmkarlar İttifaqı isə bir neçə tibb işçisinə təşəkkürnamə təqdim edib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top