Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti İslam Kərimovun dəfnində iştirak edəcək

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan prezidenti İslam Kərimovun dəfnində iştirak üçün bu ölkəyə yola düşüb.

Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər daxildir.

APA

DİGƏR XƏBƏRLƏR

Top