Pensiyalar da qalxacaq - Prezidentdən daha bir TAPŞIRIQ

2019-cu ilin 1 oktyabr tarixindən etibarən ölkədə pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a Milli Məclisdəki (MM) mənbələrdən məlumat daxil olub.

Bildirilib ki, dövlət başçısının imzası və təqdimatı ilə parlamentə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub.

Qanun layihəsi sabah - iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə və parlamentin 28 iyun tarixli plenar iclasına tövsiyə olunacaq.

Qanun layihəsi qəbul olunub imzalandıqdan və hüquqi qüvvəyə mindikdən sonra 25 faizlik artım təxminən 700 minə yaxın pensiyaçını əhatə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top