Qarabağda işğalçı ordunun daha bir əsgəri öldü


İşğal altında olan Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb. 
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, ölən erməni müqavilə ilə hərbi xidmətdə olan Arail Balasanyandır. Erməni hərbçi bu gün saat 07:40 radələrində avtomobil qəzası nəticəsində ölüb.
Xatırladaq ki, dünən səhər saatlarında da işğal altında olan Dağlıq Qarabağda hərbi xidmətdə olan Ermənistan ordusunun əsgər yaralanıb. Güllə yarası ilə xəstəxanaya yerləşdirilən əsgər 2000-ci il təvəllüdlü Hamlet Arikoviç Qalstyan olub. 


 

DİGƏR XƏBƏRLƏR

Top