
Goranboyda idarəetməni itirən sürücü qəza törədib.
Yeniavaz.com xəbər verir ki, hadisə Dəlməmmədli-Qırıxlı yolunun Bəşirabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106” markalı avtomobil sürücünün idarəetməni itirməsi səbəbindən aşıb. Nəticədə sürücü və bir sərnişin ağır vəziyyətə xəstəxanaya yerləşdirilib. Goranboy rayon xəstəxanasından xəstələrin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Goranboy
Tətbiqimizi yükləyə bilərsiniz