Məhəmməd Mursi məhkəmə zalında öldü


Misirin sabiq prezidenti Məhəmməd Mursi bazar ertəsi Qahirədə vəfat edib.

Yeniavaz.com Türkiyə KİV istinadən xəbər verir ki, o əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında dünyasını dəyişib.

Qeyd edək ki, M. Mursi ölkə rəhbərliyindən 2013-cü ildə kənarlaşdırılmışdı.

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib.

2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib.

2012-ci ildə Misir prezidneti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.

DİGƏR XƏBƏRLƏR

Top