Qonşu ölkədə hər 5 nəfərdən biri kriptovalyutaya sahibdir - Ölkələrin SİYAHISI


Kiriptovalyutaya (virtual valyuta) ən çox Türkiyə vətəndaşları sahib olublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "Statista" qlobal istehlakçı araşdırmaları portalında yer alıb.
"Statista"nın araşdırmasına görə, Türkiyədə hər 5 nəfərdən biri kriptovalyutaya sahibdir. Hesablamalar görə, Türkiyə əhalisinin 20%-ində kriptovalyuta var. İkinvi sırada Braziliya vətəndaşları qərarlaşıb. Braziliya əhalisinin 18%-i kriptovalyutaya sahibdir.
 Dünyada kriptoyalyutaya ən çox sahib olan insanların yaşadığı ölkələrin sıralaması belə olub:
1. Türkiyə -20%
2. Braziliya - 18%
3. Kolumbiya - 18%
4. Argentina - 16%
5. Cənubi Afrika - 16%
6. Meksika - 12%
7. Çili - 11%
8. Çin - 11%
9. İndoneziya - 11%
10. İspaniya - 10%
11. Rusiya - 9%
12. Danimarka - 8%
13. Avstraliya  - 7%
14. Böyük Britaniya - 6%
15. ABŞ - 5%
16. Fransa - 4%
17. Almaniya - 4%
18. Yaponiya - 3%
Məlumat üçün bildirək ki, kriptovalyuta – virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elekron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. Hətta kriptovalyutaya internetin qızılı da demək mümkündür.
Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur. Hər bir kriptovalyuta vahidi ingilis dilində – Coin adlanır və coinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritm əasasında məhdud sayda ola bilər. Coinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Coinlərin şəbəkədə olmasını, onların uçotunu və hesabatlığının aparılmasını Blokçeyin sistemi təmin edir.
Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir dövlət tərfindən tənzimlənmir. Onun qiyməti bazardakı tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası ilə mövcud bazar məzzənəsi ilə mübadilə edilə bilir. Bu valyutanı istifadə etməyi heç kim məcbur və ya qadağa edə bilməz  çünki rəqəmsal valyutanını dövriyyəsini və onu istifadə edənləri heç kim nəzarət etmir.
Kriptovalyuta isə birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Əsas xarakteristikası: mərkəzləşdirilmiş nəzarət mexanizminin olmaması, inflasiyaya məruz qalmır, saxta emissiya xüsusiyyətinin qeyri-mümkün olması.

DİGƏR XƏBƏRLƏR

Top