Dağıstanın prezidenti Vladimir Vasilyev Moskvada təcili xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, dövlət başçısı pnevmaniya xəstəliyindən Moskvadakı xəstəxanaların birində müalicə alır.
Prezident V.Vasilyevin vəzifəsini müvəqqəti olaraq baş nazir Artem Zdunov icra edəcək.