Ərdoğan: "Tüpürdüyümüzü yalaya bilmərik"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyadan S-400 zenit-raket kompleksinin alışı ilə bağlı razılaşmanın pozulmayacağını bildirən Ərdoğan əlavə edib ki: “Tüpürdüyümüzü yalamaq dövlət tərbiyəsinə, bir dövlət adamı kimi mənə də yaraşmaz.Həmişə demişəm, bura qəsəbə dövləti deyil, Türkiyə Cümhuriyyətidir. İmzanı atmışıq, hər şey bitib. Rusiya bizə verəcəyi kreditdə hər cür güzəşti edib.” 
 ABŞ-dan F-35 qırıcılarının alışına gəlincə, Ərdoğan Türkiyənin üzərinə düşəni etdiyini bildirib: “İndiyə qədər 1 milyard 250 milyon dollar ödəniş etmişik. Dörd ədəd F-35 təyyarəsini təhvil aldıq. İndi onlar Arizonadadır. Generalımızı göndərdik, pilotlar da orada təlim keçirdilər. Amma təyyarələri göndərmək vaxtı yetişəndə təəssüf ki, ABŞ tərəfi yanlış addımlar atdı. Bir müddət səbr edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top