Tovuzda yol kənarında meyit aşkar olunub - FOTO


Tovuzda avtomobil yolunun kənarında kişi meyiti aşkar olunub.

Meyit Tovuzun Bayramlı kənd sakini - 1976-cı il təvəllüdlü İsgəndərov Məqsəd Kamandar oğluna məxsusdur.

Ehtimal olunur ki, o, naməlum avtomobilin zərbəsi nəticəsində dünyasını dəyişib.

Hazırda hadisə yerində polis əməkdaşları müayinələr aparır.//APA

 

DİGƏR XƏBƏRLƏR

Top