Məşhur aktyorun əlləri qandallandı, məhkəmə qarşısına çıxarıldı - FOTO


"Oskar" mükafatçısı, amerikalı aktyor Kyuba Qudinq (kiçik) ifadə vermək üçün əlləri qandallanaraq məhkəməyə aparılıb. 1997-ci il istehsalı olan "Yeni bir başlanğıc" filmində canlandırdığı obraza görə mükafat alan aktyorun adı təcavüz olayında hallanıb.

Bildirilir ki, həddən artıq içkili olan aktyor Nyu-Yorkda ikən 29 yaşlı qadına təcavüz edib. Lakin Kyuba Qudinq haqqında yayılan bu iddiaları rədd edib.

Qeyd edək ki, ötən həftə sonu məhkəməyə 51 yaşlı aktyordan  təcavüzlə bağlı şikayət daxil olmuşdu.//sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top