Sabirabad rayonunda intihar faktı qeydə alınıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ulacallı kəndində baş verib.
2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun meyiti yaşadıqların evin həyətində aşkar edilib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Tətbiqimizi yükləyə bilərsiniz