Rusiyada azərbaycanlını vəhşicəsinə döyən qrup üzvlərinə hökm oxundu: 55 il - FOTOLAR

Tatarıstan Ali Məhkəməsində, həmçinin, azərbaycanlını döyməkdə günahlandırılan ekstremist qruplaşmanın üzvlərinə hökm oxunub.

Business-gazeta.ru portalının məlumatına görə, Roman Xəlilov, Ruslan Arxipov, Adel Əskərov və Rostislav Malaxov səkkiz fakt üzrə təqsirli bilinib.

Qruplaşma üzvlərinin zərər verdiyi şəxslər arasında azərbaycanlı da olub. 

Belə ki, 2017-ci il yanvarın 18-də R.Xəlilov və R.Arxipov naməlum şəxslə birlikdə azərbaycanlı Yakin Məmmədova hücum edib. R.Xəlilov ona çəkiclə xəsarət yetirib. R.Arxipov isə azərbaycanlının döyülməsini anbaan kameraya çəkərək, daha sonra videonu internetə yerləşdirmək qərarına gəlib. Y.Məmmədovun həyatını vaxtında göstərilən tibbi yardım sayəsində xilas etmək mümkün olub.

Məhkəmənin qərarı ilə R.Arxipov və R.Xəlilov hər biri 24 il, A.Əskərov dörd il, R.Malaxov isə üç il müddətinə azadlıqdan məhrum edilib. A.Əskərovdan başqa, digərləri cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. (oxu.az)





DİGƏR XƏBƏRLƏR

Top