Azərbaycan ordusunun erməni mövqelərinə endirdiyi zərbələrin görüntüləri yayılıb - VİDEO


Sosial şəbəkələrdə Azərbaycan ordusunun Ermənistan ordusunun mövqelərinə minaatanlarla zərbə endirdiyini əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda yanan avtomobillərin və tikililərin görüntüləri, həmçinin erməni dilində danışan şəxslərin və atılan minaatanların səsi eşidilir.
İddia olunur ki, video görüntülər ötən gün cəbhənin  Fizuli istiqamətində qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, bu gün Ermənistan mətbuatında da bu barədə məlumat yayılıb. Ermənilərin məşhur "panarmenian.net" saytı Qarabağdakı seperatçı rejimə istinadən bildirilir ki, Azərbaycan tərəfi erməni mövqelərinə minaatanlarla (5 ədəd AQS-17) zərbə endirib. 

DİGƏR XƏBƏRLƏR

Top