Neft, qaz və elektrik enerjisini xaricə neçəyə satırıq? - QİYMƏTLƏR


Bu ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə ən çox xam neft ixrac olunub. 
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 6 milyard 721,6 milyon dollar dəyərində 14,1 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 78%-ni təşkil edib.
Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan 4 milyard 903,3 milyon kub metr təbii qazın gömrük dəyəri isə 871,6 milyon dollar təşkil edib. Təbii qazla bərabər bu ilin ilk 5 ayında xaricə gömrük dəyəri 51,9 milyon dollar olan 1 milyard 210,7 milyon kVt/saat elektrik enerjisi də satmışıq.  
Açıqlanan rəqəmlərə istinadən apardığımız hesablama göstərir ki, ixrac olunan xam neftin 1 litrinin gömrük dəyəri 48 sent (81 qəpik) və ya 1 barelinin gömrük dəyəri 74,6 dollar (126,7 manat), təbii qazın 1 kub metrinin dəyəri 17,7 sent (31 qəpik), elektrik enerjisinin 1 kVt/saatının gömrük dəyəri isə 4,3 sent (7,3 qəpik) olub.    
 
 

DİGƏR XƏBƏRLƏR

Top