Şəhriyar Məmmədyarovdan ard-arda 6-cı məğlubiyyət

Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirində Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov sonuncu turu da məğlub başa vurub.

Turnirin rəsmi saytında yer alan məlumata görə, Ş.Məmmədyarov bu turda çinli Yuy Yaniyə 0:2 hesabı ilə uduzub.

Bununla da şahmatçımız ard-arda 6 dəfə, turnir çərçivəsində keçirilən doqquz turdan isə yeddisində məğlubiyyətlə üzləşib.

Turnirin yekun nəticəsinə əsasən, qrossmeysterimiz 5,5 xalla doqquzuncu yeri tutub. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top