Meral Akşener Elçibəyin xanımından yazdı - FOTO


Türkiyə elm xadimi və siyasətçisi, İYİ Partiyanın qurucusu və rəhbəri Meral Akşener, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın ölümündən yazdı.
Yeniavaz.com xəbər verir ki, M.Akşener tvitter hesabında Həlimə Əliyevanın fotosunu paylaşaraq başsağlığı verib:
“ Türk dünyasının birləşməsi və qardaşlığı üçün ömür boyu mübarizə aparan, mərhum ağsaqqalım, Əbülfəz Elçibəyin dəyərli həyat yoldaşı Həlimə xanımı itirməyimizə görə üzülürəm”.
Qeyd edək ki, Ə.Elçibəyin həyat yoldaşı iyunun 14-də Türkiyədə vəfat edib. Mərhumun cənazəsi Naxçıvanın Kələkli kəndində dəfn olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top