Səfirliyimiz Ankarada "28 May törəni"ni niyə təxirə salmışdı? - VİDEO


Dunən Ankaradakı Azərbaycan səfirliyində Respublika günü, Silahlı qüvvələrimizin və diplomatik xidmətin yaradılmasının 10-ci ildünümü münasibətilə resmi qəbul keçirilib.
28 mayda keçirilməli olan tədbir Türkiyədə Ramazan ayına görə ertələnmişdi.
Tədbirin açılışında çıxış edən səfir Xəzər İbrahim Azərbaycan Demokratik Respublikası ilə bağlı, eləcə də Azərbaycan diplomatik nümayəndəliyinin və Silahlı Qüvvələrinin yaranması haqqında  məlumat verib. 
Səfir qeyd edib ki, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən bu günədək Azərbaycan diplomatiyası çətin və şərəfli bir yol keçib. 
Mərasimdə Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu və Ailə və Sosial Xidmətlər naziri Zümrüd Selcuk, millət vəkilləri iştirak ediblər.  
Tədbirin sonunda meydan azərbaycanlılara verilib. Onlar populyar popurilər və rəqs musiqilərini oynayib, şənləniblər.


modern.az

DİGƏR XƏBƏRLƏR

Top