Azərbaycan ilə Rusiya arasında Samur çayının su ehtiyatlarının bölünməsi ilə bağlı protokol imzalanıb

Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının Bakıda XVI iclası keçirilib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən bildirilib.

Məlumata görə, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin,  Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, ekoloji axınların təmin olunması, məlumat mübadiləsi və digər məsələlər müzakirə edilib, növbəti görüşə kimi görüləcək tədbirlər müəyyənləşdirilib. İclasın yekunu üzrə ikitərəfli protokol imzalanıb.

Qeyd edək ki, sazişə əsasən komissiyanın iclası ildə iki dəfə, hər dəfə bir ölkənin ərazisində keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top