"Respublika" qəzetindən jurnalistin yoldaşı və qızının intiharı ilə bağlı açıqlama - YENİLƏNİB

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində intihar hadisəsi baş verib.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. .

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Bəzi saytlar intihar edən şəxslərin “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızı olduğunu yazıb. “Respublika” qəzetindən “Report”a bildirilib ki, redaksiyada İsmayıl Allaverdiyev adlı şəxs çalışmır.

--------------------------------------------------------------------------------------------------------------
16:13

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayon ərazisində ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.

Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

İntihar edən şəxslərin 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva və qızı, 1990-cı il təvəllüdlü Xədicə Allahverdiyeva olduğu müəyyən edilib.

İntihar edən şəxslər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.

Teleqraf.com

DİGƏR XƏBƏRLƏR

Top