Mingəçevirin icra başçısı son zəng tədbirində iştirak edib


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov şəhid adını daşıyan məktəbin 11-ci sinif şagirdlərinin "son zəng" tədbirində iştirak edib.
Yeniavaz.com xəbər verir ki, bu il Mingəçevirin ümumtəhsil ocaqlarından 765 şagird məzun olub. Son zəng  tədbirlərdən biri də yeni təmir olunmuş şəhid Rüstəm Qəhrəmanovun adını daşıyan 14 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov da qatılıb. Əvvəlcə məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən icra başçısı müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top