Türkiyəli məşhur baş məşqçi Mustafa Dənizli Təbrizin "Traxtor Sazi" futbol komandası ilə müqavilə bağlayıb.
Yeniavaz.com xəbər verir ki, 69 yaşlı baş məşqçi 5 il həmin komandaya baş məşqçilik edəcək.
Qeyd edək ki, Mustafa Dənizli 2013-2014-cü illərdə “Xəzər Lənkəran”ı çalışdırıb.