Seçkilərə 10 gün qalmış İmamoğlu qərarını dəyişdi - VİDEO


Türkiyədə bu ayın 23-də təkrar keçiriləcək İstanbul bələdiyyə seçkilərinin iki ən böyük namizədindən biri Əkrəm İmamoğlu bu gün yeni qərarını ictimaiyyətə açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İmamoğlu son on gündə sadəcə yerinə gətirəcəyi vədlər haqqında danışacaq. O bu müddət ərzində heç kimlə, kənar mövzularda mübahisə etməyəcəyini açıqlayıb.
Türkiyə mətbuatında bu təlimatın, İmamoğlunun üzvü olduğu CHP-nin (Cümhuriyyət Xalq Partiyası) rəhbəri Kamal Kılıçdaroğlundan gəldiyi istiqamətində xəbərlər yayılıb.
Qeyd edək ki, iyun ayının 23-də Türkiyənin İstanbul şəhərində bələdiyyə seçkiləri yenilənəcək. Bundan əvvəl 31 martda keçirilən seçkilərdə Əkrəm İmamoğlu qalib gəlsə də iqtidar partiyasının etirazı nəticəsində Türkiyənin Ali Seçki Qurumu YSK seçkilərin yenilənməsinə qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top