Ruslan Xasbulatov: SSRİ-yə "ölümcül zərbəni" Ermənistan vurdu


Rusiyanın tanınmış ictimai-siyasi xadimlərindən olan Rusiya SSR-i Ali Sovetinin keçmiş sədri Ruslan Xasbulatov bildirib ki, SSRİ-nin dağılmasında "ölümcül zərbəni" Ermənistan vurub.
Yeniavaz.com Rusiya KİV-nə istinadən bildirir ki, Ruslan Xasbulatov SSRİ-nin dağılmasının Pribaltika ölkələrindən deyil, Ermənistandan başladığını deyib: "SSRİ respublikaları arasında ilk dəfə ermənilər qeyri-sabitlik yaratdılar. Ermənilər Dağlıq Qarabağ münaqişəsini başlatmaqla ölkədə parçalanmaya səbəb oldular. Bir qrup insanlar Ermənistanın, digər bir qrup isə Bakının mövqeyini müdafiə etməyə başladı. Ermənistanın Dağlıq Qarabağ münaqişəsini başlatmasından sonra Pribaltika respublikaları başa düşdülər ki, Moskvaya qarşı çıxmaq mümkündür".
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top