Ruslar üçün MDB-də ən ucuz və ən bahalı yay istirahət məkanları - SİYAHI


Rusiyanın məşhur "TurStat" analitik agentliyi MDB ölkələri üzrə 2019-ci ilin ən yaxşı yay istirahət bölgələrinin reytinqini hazırlayıb.
Yeniavaz.com agentliyin rəsmi internet səhifəsinə istinadən bildirir ki, ən yaxşı MDB kurortlarının beşliyi belədir: "Burabay"istirahət mərkəzi (Qazaxıstan), "İssık-Kul" gölü (Qırğızıstan), "Naroç" gölü (Belarus), Abşeron yarımadası (Azərbaycan) və "Göyçə" ("Sevan") gölü (Ermənistan).
Adıçəkilən yerlər arasında səyahət xərcləri baxımından müqayisə aparılıb. Belə ki, MDB kurortlarında istirahət xərci gündəlik 50-110 dollar arası dəyişir. Agentlik ən ucuz kurort yeri kimi "İssık-Kul" gölünü (50 dollar) və "Burabay"istirahət mərkəzini (70 dollar), ən bahalı isə Abşeron yarımadasını (110 dollar) göstərib.
“TurStat”ın məlumatına görə, Rusiyadan adıçəkilən yerlərə daha çox Moskva, Sankt-Peterburq, Cənubi Ural və Sibir bölgələrindən turistlər yollanır və istirahət müddəti 7-14 gün arası dəyişir.
1. "Burabay"istirahət mərkəzi (Qazaxıstan),
2. "İssık-Kul" gölü (Qırğızıstan),
3. "Naroç" gölü (Belarus),
4. Abşeron yarımadası (Azərbaycan) və
5. "Göyçə" ("Sevan") gölü (Ermənistan).
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top