Ərdoğan son nöqtəni qoydu: ABŞ-a sərt mesaj


Türkiyə Prezidenti Rəccəb Tayyip Ərdoğan S-400 zenit-raket müdafiə sisteminin tədarükünün gələn ay baş tutacağını bəyan edib.
Yeniava.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Ədalət və İnkişaf Partiyasının iclasında bildirib.
“ Türkiyə S-400 müdafiə sistemi alır demirəm, artıq almışdır. Biz bu işi yekunlaşdırdıq. İyun ayından etibarən bu sistem ölkəmizə gətiriləcək”, - deyə dövlət başçısı bildirib.
Prezident onu da əlavə edib ki, Ankara ölkənin müdafiəsi üçün heç kimdən icazə almaq niyyətində deyil.
Biz ABŞ-dan dəfələrlə bu sistemi satmağını istədik. Amma onlar “konqres icazə vermədi” deyərək rədd cavabı verdilər”, - deyə R.T. Ərdoğan bildirib.
R.T. Ərdoğan eyni zamanda iyun ayının sonlarında ABŞ prezidenti Donald Trampla Yaponiyada görüşəcəklərini vurğulayıb

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top