Ermənilər Türkiyədə seperatçı "Artsax" rejiminin bayrağını qaldırdılar - FOTOLAR


Xəbər verdiyimiz kimi, bir-neçə gün əvvəl Ermənistanın paytaxtı İrəvandan Türkiyənin Van şəhərinə təşkil edilən birbaşa aviareysin video görüntüsü yayıldı.
Yeniavaz.com xəbər verir ki, təyyarənin sərnişinləri bu ilin avqust ayında işğal altında olan Qarabağda keçirilməsi planlaşdırılan "Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri olub.
Nümayəndə heyətinə də Ümumerməni Oyunlarının Dünya Komitəsinin sədri İşxan Zakaryan başçılıq edib. Erməni nümayəndə heyəti Van şəhərində bir sıra görüşlər keçirib. Van bələdiyyəsində baş tutan görüşdə erməni nümayəndə heyətinə qiymətli hədiyyələr təqdim olunub.  
"Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri dünən Türkiyənin Hatay vilyatində yerləşən "Musa Dağı"nın yaxınlığndakı Vakıflı kəndidəki "Məryəm Ana" ("Surb Asdvadzadzin") kilsəsində dini ayin həyata keçiriblər. Ayin zamanı yandırılan şamlar vasitəsilə "Ümumerməni oyunları"nın məşəlini də yandırıblar və bu məşəli bu ilin avqust ayının 6-da işağal altında olan Xankəndi şəhərində baş tutacaq açılış mərasiminə aparacaqlar. Məşəl yandırma mərasimində Ermənistan bayrağı ilə birgə işğal altında olan Dağlıq Qarabağda yaradılan seperatçı "Artsax" rejiminin bayrağı da qaldırılıb. 
Mərasim iştirakçıları daha sonra "Kilikiyə Erməni Krallığının" paytaxtı olduğu iddia etdikləri "Sis" (Kozan) qalasını, həmçinin özlərinin kralı olduğu iddia etdikləri 2-ci Levonun qalasını da ziyarət ediblər.
Qeyd edək ki, ötən həftə İşxan Zakaryan başçılıq etdiyi başqa bir qrup Qars şəhərində səfər edərək burada bələdiyyə sədri ilə bir araya gəlmişdilər.
Məlumat üçün onu da bildirək ki, "Musa Dağı" ermənilər üçün həm də Osmanlıya qarşı başladılan üsyan hərəkatının simvolu hesab olunur. 1915-ci ildə Osmanlıya qarşı üsyan edən ermənilər "Musa Dağı"na çıxaraq müqavimət göstərmiş və daha sonra Fransız gəmilərinin yardımı ilə ordan xilas olmuşdular. Bununla bağlı "Musa Dağı'nda 40 Gün" adlı film də çəkiblər.


 

DİGƏR XƏBƏRLƏR

Top