Bakıda ağır qəza: piyada dünyasını dəyişdi


Bakıda piyada yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyunun 11-i saat 19:00 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub.

Nəticədə, piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top