Rusiyada Azərbaycan vətəndaşına görə kafe sahibi 35 min rubl cərimə olundu


Rusiyanın Amur vilayətinin Tında şəhərində polisi və Federal Təhlükəsizlik Xidmətinin (FSB) əmkdaşları tərəfindən miqrasiya qanunvericiliyi sahəsində yoxlamanı aparıblar.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, yoxlamalar zamanı kafelərin birində Rusiyada qalma müddətinin bitməsinə baxmayaraq ölkəni tərk etməyən Azərbaycan vətəndaşının çalışdığı müəyyən edilib. Bu zaman Azərbaycan vətəndaşı olan işçisinin Rusiyadan deportasiya olunmasının qarşısını almaq üçün kafe sahibi polis və FSB əməkdaşlarına 5 min rubl rüşvət təklif edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarına 5 min rubl rüşvət təklif etdiyi üçün 53 yaşlı kafe sahibi (adı açıqlanmır) barəsində cinayət işi açılıb və  35 min rubl cərimə olunub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top