24 yaşlı xərçəng xəstəsinin atası hər kəsə təşəkkür etdi - VİDEO


Xərçəng xəstəsi 24 yaşlı Sərxan Məmmədlinin müalicəsi üçün lazım olan maddi vəsait toplanıb. Bu haqda Yeniavaz.com - a Sərxanın atası məlumat verib.
O kömək edən hər kəsə minnətdarlığını bildirib: "Çox şükür, Sərxanın müalicəsi üçün lazım olan miqdar toplandı. Hər kəsə minnətdarlığımızı bildiririk. Allah sizlərdən razı olsun. Sərxan hal-hazırda Türkiyədə yoxlanışdadır. Ümid edirik ki, ən qısa zamanda kimya-terapiyaya başlanacaq və o əvvəlki sağlamlığına qovuşacaq. Bir daha hər kəsə minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, may ayının 30-da Yeniavaz.com - un çəkiliş qrupu Sərxan haqqında video-reportaj hazırlayıb. Nəticədə insanlar biganə qalmayıb və gəncin müalicəsi üçün lazım olan vəsait toplanıb.

DİGƏR XƏBƏRLƏR

Top