Saatlıda yol qəzası olub, bir ailənin 3 üzvü xəsarət alıb


Saatlı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “Jiquli”də olan bir ailənin 3 üzvü - rayonun Hacıqasımlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlu, onun 2004 və 2005-ci il təvəllüdlü oğulları Şirinov Sübhan və Şirinov Aqşinmüxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//Report

DİGƏR XƏBƏRLƏR

Top