Prezident SƏRƏNCAM verdi: Bu şəxslər üçün yaşayış binası tikiləcək

Prezident İlham Əliyev Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Sərəncama əsasən, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üç yüz min manat vəsait ayrılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top