Asim Mollazadə erməni millət vəkilinə cavab verdi: "Gəlir gəlsin, gəlmir gəlməsin, özləri bilərlər"


"Ermənistan nümayəndələri bugünə kimi Azərbaycanda keçirilən beynəlxalq təşkilatların toplantılarında dəfələrlə iştirak ediblər. Bu sadəcə olaraq növbəti oyunlardır ki, üzərlərinə diqqət çəkmək istəyirlər". Bu sözləri Yeniavaz.com-a açıqlamasında millət vəkili Asim Mollazadə Ermənistan parlamentinin sədr müavini Vahe Enfiacyanın "Facebook" səhifəsində paylaşdığı "Bakıya gedim, yoxsa yox?" statusuna münasibət bildirərkən deyib.
Millət vəkili Asim Mollazadə bildirdi ki, bu cür davranışlar Ermənistan tərəfində həmişə aparılan oyunlardan biridir: "Gəlir gəlsin, gəlmir gəlməsin, özləri bilərlər. Bizim üçün onların gəlib-gəlməməyindən aslı olmayaraq heç bir şey dəyişməyəcək və uğurlu tədbir keçiriləcək. Biz dəfələrlə uğurlu tədbirlər keçirtmişik, keçiririk və keçirəcəyik. Beynəlxalq təşkilatlar da bu məsələyə diqqət yetirəndə biz izah edəcəyik ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib, Azərbaycana qarşı etnik təmizləmələr aparıb, yüz minlərlə insanı didərgin salıb. Ermənistan məhz beynəlxalq təşkilatların sanksiyaları ilə üzləşməlidir ki, biz bu status-kvonu dəyişdirə bilək”.
Məlumat üçün bildirək ki, Ermənistan parlamentinin sədr müavini Vahe Enfiacyanın öz "Facebook" səhifəsində status paylaşaraq bildirib ki, 17-21 iyun tarixlərində Bakıda keçiriləcək  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edib etməyəcəyinə qərar verə bilmir. Ermənistan parlamentinin sədr müavini paylaşdığı statusunda izləyicilərindən xahiş edir ki, Bakıya gedib-getməyəciyilə bağlı qərar verməsində ona yardım etsinlər.

Kənan Qədirli 
 
 

DİGƏR XƏBƏRLƏR

Top