Ermənistan parlamentinin vitse-spikerindən qəribə açıqlama: "Bakıya gedim, yoxsa yox?" - FOTOFAKT


Ermənistan parlamentinin sədr müavini Vahe Enfiacyan 17-21 iyun tarixlərində Bakıda keçiriləcək  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün ölkəmizin paytaxtına gəlib-gəlməyəcəyi barədə qərar verə bilmir.
Yeniavaz.com xəbər verir ki, Ermənistan parlamentinin sədr müavini Vahe Enfiacyan öz "Facebook" səhifəsində belə bir status paylaşıb: "Bakıya gedim, yoxsa yox?"
Ermənistan parlamentinin sədr müavini paylaşdığı statusunda izləyicilərindən xahiş edir ki, Bakıya gedib-getməyəciyilə bağlı qərar verməsində ona yardım etsinlər.
Vahe Enfiacyan onu da əlavə edib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında yeni baş katib seçiləcək və Azərbyacan öz namizədini bu posta seçdirməyə çalışacaq. Belə görünür ki, Vahe Enfiacyan bu əlavəni etməklə izləyicilərinə Bakıya getməyin vacib olduğunu da çatdırmaq istəyir.
 Ermənistan parlamentinin sədr müavininin paylaşdığı bu statusa münasibət bildirənlərin əksəriyyəti getməməyi məsləhət görür. Getməyi məsləhət görənlərdən biri isə Ermənistan parlamentinin digər sədr müavini Naira Zohrabyan olub. Naira Zohrabyan qeyd edib ki, o bir dəfə Bakıya gedib.

DİGƏR XƏBƏRLƏR

Top