Ermənistanla dil baxımından yaxınlığımız çoxdur - Qazaxıstanın yeni prezidenti


Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayev mətbuat konfransında çıxış edərək, Ermənistanla qarşılıqlı münasibətlərin inkişafına öz baxışından danışıb.

Bununla bağlı “Amerikanın səsi”nin jurnalistinin sualına cavab verərkən Tokayev deyib:

“Ermənistana böyük simpatiya ilə yanaşıram, bu yaxınlarda Nikol Paşinyanla görüşmüşəm. Yeri gəlmişkən, 5 dəqiqədən sonra mənə zəng etməlidir. Anladığım qədərilə təbrik etmək üçün. Biz konkret layihələr üzrə əməkdaşlığımızı zənginləşdirmək razılığına gəlmişik. Bizim Ermənistanla tarix və hətta dil baxımından yaxınlığımız çoxdur. Buna görə də, gələcək əməkdaşlığa nikbinliklə baxıram. Şübhə etməyin ki, bizim tərəfimizdən, Qazaxıstan tərəfdən əməkdaşlığın möhkəmlənməsi üçün hər şey ediləcək”.//Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top