
Ermənistanın müdafiə naziri David Tonoyan azərbayanlı hərbçi Elşən Xəlilovun öldürülməsi ilə bağlı verdiyi bəyanatın layiqli cavabını mütləq alacaq.
Yeniavaz.com bildirir ki, bunu “Ölkə.Az” a açaıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan Tərtər istiqamətində azərbaycanlı hərbi qulluqçu Elşən Xəlilovun ölüm fərmanın onun tərəfindən verildiyni bəyan edib.
H.Babaoğlu bildirib ki, baş verən hadisələr bir daha Ermənistandakı siyasi komandanın vahid mövqedən çıxış edə bilməməsi və təmas xəttində ümumiyyətlə ordu üzərində öz hakimiyyətlərini bərqərar edə bilməmələrinin nəticəsidir.
“Çünki baş nazir Paşinyan bir mövqe, müdafiə naziri Tonoyanın isə tamam bir fərqli mövqe sərgilədiyinin şahidi oluruq. Bu Ermənistandakı növbəti xaosun başlanğıcın göstəricisidir”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, ordumuzun şəhid verməsi narahatdoğrucu haldır: “Hərbçimizin şəhid olması ilə bağlı Ermənistan mütləq cavab verməlidir. Mən əminəm ki, bizin müdafiə nazirliyimiz, aidiyatı qurumlar və təşkilatlar bununla bağlı müvafiq tədbirlər görəcək. Heç bir Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Bunu hamı bilir və dərk edir”- deyə deputat bildirib.
Onun fikrincə, əslində ermənilər bu cür təxribatlara əl atmaqla vəziyyət ətrafında gərginlik yaratamağa çalışırlar:
“Mən düşünürəm ki, Ermənistanda artıq hakimiyyətsizlik sindromu başlayıb. Ötən bir il ərzində Paşinyan və komandası heç nəyə nail ola bilmədi. Bu cür təxriabtlara əl atmaqla öz hakimiyyətlərini uzaqtmağa çalışırlar. Cəbhə xəttində gərginliyi artırmaqla onların hakimiyyətin sonunun gəlməsini daha da sürətləndirəcək”.
H.Babaoğlu hesab edir ki, beynəlxalq ictimaiyyət və xüsusən də ATƏT MQ həmsədrləri Ermənistana sərt təpki göstərməlidir:
“Əks təqdirdə Azərbaycanın səbri tükənməz deyil. Müharibə başa çatmayıb və hər an hər şey baş verə bilər. Uzunmüddəti müharibə aparmaq üçün Azərbaycanın iqtisadi gücü və insan resursu vardır”.
Ermənistanın müdafiə naziri Tonoyanın azərbaycanlı hərbçinin öldürülümsəi ilə bağlı konkret fakta gədlidkdə isə deputat bir daha təkrar edib ki, Tonoyan layiqli cavabını alacaq.
Tətbiqimizi yükləyə bilərsiniz