Dənizdən batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib


Ötən gün batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şıxov, Nardaran sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

DİGƏR XƏBƏRLƏR

Top